Bloq
Vikipediya, açıq
ensiklopediya
Bloq – (ing. blog — şəbəkə jurnalı və ya hadisələr
gündəliyi) fərdi jurnal olub, informasiyanı, fikirləri, şərhləri və müxtəlif
tipli hiper əlaqələri özündə toplayan veb-saytdır.İngilis
dilindəki "web" və "log" sözlərinin
birləşməsindən alınan "weblog" sözlüyünün zamanla təhrif olunmuş
formasıdır. Hazırda bloqlar ən güclü Veb 2.0 və yeni mediaalətlərindən biri hesab
olunur. Bloqçu (blogger) – bloq yaradan insandır.
2002-ci
ilin noyabr ayında tanınmış sahibkar Devid
Sifri tərəfindən boqlar üçün ilk axtarış sistemi – Technorati yaradıldı.
Bloq, əsasən yenidən köhnəyə doğru sıralanmış yazıların və şərhlərin
yayımlandığı bir saytdır. Demək olar ki, bloq saytlarındakı şərhlər həmin
bloqun əsas hərəkətverici qüvvəsidir. Şərhlərin sayəsində bloq müəllifi ilə
oxuyucular arasında rabitə yaranır. Zaman keçdikcə bloqlarda yazılardan əlavə
video, mp3, kiçik chat pəncərəsi və s. bir çox yeniliklər də mövcud olmağa
başlamışdır.
Bloqlar
internet istifadəçiləri arasında fikir, məlumat mubadiləsinin artmasında çox
əhəmiyyətlidir. Fikir və düşüncələrlə yanaşı bəzi materialların və
məlumatların paylanmasında da rol oynayır. Xaricdə bir çox siyasətçilər,
dövlət adamları, müğənnilər və cəmiyyətin digər yüksək kateqoriyalarına daxil
olan insanlar öz fikir və amallarını, gündəlik həyat tərzlərini öz sevdiklərinə
çox vaxt bloqlar vasitəsiylə həyata keçirmişlər. Və daha sonradan isə bloq
sistemi yayılaraq hər bir insana öz sözünü deməyə şərait yaratdı. Bloq hər bir
kəsə cəmiyyətdə çox fəal olmağa kömək edən vasitələrdən biridir. Bloqdakı
yazıların necəliyi onu yazanın, yəni müəllifinin maraq dairəsinə görə təşkil
olunur. Yəni bloglarda hər sahə üzrə yazılar və maraqlı məlumat, materiallara
rast gəlmək olar. Bloqlar əksər vaxtlarda şəxsi olaraq fəaliyyət göstərir,
yəni ki, bir tək müəllifə aid olur. Bəzən isə qrup şəklində, bir necə müəllif
tərəfindən yazılar yazılır.
Advertising
Age jurnalının verdiyi məlumata görə, hal hazırda ABŞ-da
internet bloqlarının aktiv oxuyucu sayı Amerikanın bütün əhalisinin ¼-ni təşkil
edərək 35 milyonu ötüb. Bloqlarda olan məlumatların oxunmasına onların hər biri
həftədə 3.5 saat vaxt sərf edir ki, bu da ümumi iş vaxtının təxminən 9%-ni
təşkil edir.
Çində
xüsusi qanun ilə "anonim" bloqların yaradılması qadağan olunub. Bu
qanuna görə, bloq sahibi özlərinə ləqəb seçə bilərlər, ancaq bağlı olduqları
serverlərin müdiriyyətinə əsl adlarını bildirməlidirlər. [1]
Mündəricat
[gizlə]
Termin
kimi blog (weblog) ilk dəfə 1997-ci ilin 17 dekabrında "Robot Visdom" (Robot
Wisdom) adlı İnternet-gündəlikdə müəllif Corn Berger (Jorn Barger) tərəfindən
işlədilmişdir. Müəllif "İnternet-gündəlik" sözünə analoji olaraq
"logging the web" sözünün qısaltması olan "weblog"
ifadəsini işlətmişdir. Bu söz ingilis dilindən tərcümədə "şəbəkədə
gündəlik yaratmaq" mənasını ifadə edir. Termin 1999-cu
ilin aprelində "Peterme" bloqunun yaradıcısı Piter
Merholz (Peter Merholz) tərəfindən təhrif olundu və "we
blog" – "biz bloq yaradırıq" kimi ifadə edildi. Bunun da
nəticəsində "to blog" "bloq yaratmaq" ifadəsi yarandı və bu
günkü bütün növ İnternet-gündəlikləri nəzərdə tutan ad – "blog"
ifadəsi yarandı.
Bloq
ideyasının yaranma tarixi və yaradıcısı haqqında dəqiq faktlar mövcud deyil. Bu
ideyanın ilk müəllifi kimi üç şəxsin Tim Berners-Linin (Tim
Berners-Lee), Castin
Hollun (Justin Hall) və Deyv
Vaynerin (Dave Winer) adları çəkilir. Bunların hər biri bu və
ya digər şəkildə bloqların təşəkkül tapmasında mühüm rol oynamış şəxslər
sayılır.[2].
Bloqlar KİV-lə
rəqabət aparan qüvvə kimi ilk dəfə özünü 2001-ci
ilin 11 sentyabrında ABŞ-da
baş vermiş terror hadisəsi zamanı göstərə bildi. Nyu-York bloqçuları hadisə baş
verən məkandan operativ müsahibələr alıb, hadisə şahidlərindən faktlar
toplayır, şəkillər çəkir, hadisələri şərh edib bloqlarda yerləşdirirdilər[3].
ABŞ-da
və Rusiyada bəzi bloqlara KİV şəhadətnaməsi təqdim
edilir. Rusiyada ilk dəfə Livejournal.com bloq saytının www.ottenki-serogo.livejournal.com [1]səhifəsinin
müəllifinə KİV şəhadətnaməsi təqdim olunmuşdur. Verilən lisenziyaya əsasən,
bloqçu Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olan reklam və xəbərlərlə
çıxış edə bilər [4].
Bloqların KİV kimi
qəbul olunması bir çox ölkələrdə KİV-ə olan təzyiqlərin bloqlara da olmasına
səbəb olur. Bu məsələ Google və Mərkəzi Avropa
Universitetinin təşkil etdiyi "Azadlıqda İnternet
2010" tədbirində (20-22 sentyabr, Budapeşt, Macarıstan) "Hökumət və bloqçular
arasında siçan-pişik oyunu" başlığı altında geniş müzakirə olunub. [5]
2000-ci
ilin noyabr ayı müstəqil jurnalist Joş
Marşalın Florida ştatında ABŞ prezidentliyinə
keçirilmiş seçkilərin mübahisəli nəticələrinə qarşı "Florida böhranı"
adı altında müzakirələrə həsr olunmuş "Talkning Points Memo"
(Danışıqların qeydi) adlı bloq istifadəyə verməsi bloqların siyasiləşməsinin
başlanğıcı hesab olunur.[6]
Hazırda
Azərbaycanda minlərlə bloqlar aktiv olaraq yazılır və mütəmadi olaraq
yenilənir. Azərbaycanda bloqların yazılması BarKamp tədbirlərindən sonra daha da
sürətlənmişdir. Bloqçuluq Azərbaycanda sürətlə inkişaf etsə də, ATƏT və başqa təşkilatların
hesabatlarında bloqçuluq və media ilə bağlı problemlərin qalması faktlarına
ara-sıra rast gəlmək olur. Belə ki, Google və Mərkəzi Avropa
Universitetinin birgə təşkil etdiyi "Azadlıqda İnternet
2010" adlı tədbirdə (20-22 sentyabr, 2010, Budapeşt,Macarıstan) ATƏT-dən olan nümayəndə Dunja
Mijatovic Azərbaycanda bloqçuluq
və medianın sıxılması barədə fikir bildirmişdi
Hiç yorum yok:
Yorum Gönder