İnternet
Vikipediya, açıq
ensiklopediya
İnternet
Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə
qarşılığı vardır. Bax: اينترنت
İnternet —
bir neçə kompüterlər sisteminin
bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi olaraq inkişaf edən
əlaqə şəbəkəsidir.
İnternetdə
vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət yoxdur. Buna baxmayaraq, şəbəkənin
belə təşkili əslində dərindən düşünülmüş struktur deməkdir. Bu struktur1969-cu
ildə Amerika
Birləşmiş Ştatları Təhlükəsizlik nazirliyi tərəfindən işlənmiş
ARPAnet layihəsi çərçivəsində qurulmuş və on minlərlə dünya proqramçılarının
kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş və mükəmməlləşdirilmişdir.
Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq informasiyanın
nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət əsas rol
oynayır. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və
onun istifadəçilərinin sayı getdikcə artır.
1958-ci
ildə SSRİnin kosmosa ilk süni peyki
buraxması ABŞ-ı müasir texnologiyaların inkişafını
sürətlndirməyə sövq etdi. Bu məqsədlə yaradılmış xüsusi tədqiqat agentliyi
olan DARPA yerüstü
məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun
üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların
vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı. Bunun üçün müxtəlif
məntəqələrdə, Pentaqonda, Hərbi
Hava Qüvvələri, Hava
Hücümundan Müdafiə bazalarında və digər məntəqələrdə
yerləşən kompüterləri vahid
şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-ın ən yaxşı kompüter
mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək və çoxlu
tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Kaliforniya
Universitetindəki laboratoriyaların birində alimlər iki kompüteri
vahid sistemdə birləşdirə bildilər. Bu tarix internetin dünyada ilk dəfə
meydana gəldiyi tarix hesab olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə
olan kompüterləri vahid şəbəkədə birləşdirmək mümkün olmuşdu. Bu sistemin adı
ilk illər ARPANET olmuşdu.
1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən
program yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında
işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi
təsdiqləndi. 1973-1974-cü illərdə TCP/İP protokolu
meydana çıxdı. TCP/İP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən
təklif olunub. TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir. Transmission
Control Protocol ötürməyə nəzarət protokolu – verilənlərin ötürülməsinə nəzarət
edən protokol və İnternet Protocol yəni internet protokolu. 1980-ci ildə DNSyaradıldı.
1985-ci ildə ABŞ milli elm fonduna məxsus NSFNET –
Milli elm fondu şəbəkəsi yaradıldı. Həmin ildə ilk dəfə olaraq 56 kb/saniyə
sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya
ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal
olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu.
Şəbəkə
vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən hamı eyni vaxtda istifadə
edə bilməsi üçün 1989-1990-cı illərdə www sistemi yaradıldı. Tim
Börner Li hiper mətnli sənədlər texnologiyasını yaratdı. Qeyd
etmək yerinə düşər ki, Ser titulu qazanan Tim Börner 2004-cü ildə 15 il öncəki
kəşfinə görə Beynalxalq Fond tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı
qazanıb. İnternetin qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu
illərdə Kanada, Fransa, Almaniya və 1992-ci
ildə Böyük Britaniya və Latviya NSFNET vasitəsilə internetə
qoşuldular. İnternet sözü isə ilk dəfə olaraq 1990-cı ildə istifadə olunmağa
başlayıb. 1994-cü ildə ilk dəfə olaraq internetdən elektron kommersiya
məqsədilə istifadəyə başlanılıb. [1] Azərbaycanda isə internetdən
ilk dəfə olaraq 1995-ci ildə istifadə olunmağa başlanılıb.
İnternet
istifadəçilərin "məlumatın saxlanması, paylaşması və rahat əldə
olunması" istəkləri nəticəsində yaranmış bir texnologiyadır. Bu
texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə bilirlər.
İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə bilərik.
İnternetin
əsas xidmətləri Elektron poçt ( e-mail ), Telekonfranslar və
nəhayət WWW - informasiya-sorğu verilənlər bazaları, hökümət
sənədləri, kitabxana kataloqları və sair kimi çoxsaylı müxtəlif sənədlərdən
ibarət olan hipermətn mühiti.
—
İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə bir birinə
qoşulduqda kompüter şəbəkəsi yaranır.
—
Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və
ya LAN (Local Area Network) deyilir.
—
Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən şəbəkə Qlobal şəbəkə və
ya WAN (Wide Area Network) adlanır.
—
Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirən kompüter və bu
kompüterdəki proqram təminatı şlyuz (Gateway)
adlanır.
Qlobal
şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də mövcuddur. Bu
şəbəkə İnternet adlanır. İnternet bütün dünya üzrə müxtəlif
kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya mübadiləsini
təmin edən şəbəkələr şəbəkəsidir.
Müxtəlif
tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə bir ünsiyəti nəticəsində
ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan qaldırmaq məqsədi ilə
informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar, yəni vahid standart
(protokol) işlənmişdir. Bu protokol - TCP/IP (Transmission Control Protocol / Internet
Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet protokoludur.
İnternetə
qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə yolu ilə, yəni telefon
xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin ayrılmış kanal vasitəsi ilə
və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün nəzərdə tutulmuş qurğuya Modem (modulyator-
demodulyator) deyilir.
Sizin
İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini, alınmasını və qorunub
saxlanmasını təmin edən təşkilat internet-provayder adlanır. İnternet-provayder
İnternetlə bağlı başqa xidmətlər də göstərir. İnternetdə sizin kompüterin
identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün provayder tərəfindən ona IP-ünvan təyin
edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan
ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 .
Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü
qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli
nömrələri yadda saxlamaq çətin olduğundan domen adlarından istifadə
olunur. Məsələn, www.elm.az Burada www(world wide web) elm domen .az isə
birinci səviyyəli domendir. İnternetdə altdomenlər (subdomain)
də mövcuddur. Məsələn http://www.firststeps.az. Ünvanın bir şəkildən
başqa şəklə çevirilməsi xüsusi Domen
Adları xidməti (DNS - domain name service) tərəfindən yerinə
yetirilir.
Göstərilən
birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
·
.com kommersiya
ilə məşğul olan təşkilatlar
·
.edu -
təhsillə məşğul olan təşkilatlar
·
.org -
kommersiya ilə məşğul olmayan təşkilatlar
·
.gov -
hökumət təşkilatları
·
.mil -
Amerika Birləşmiş Ştatları -ın hərbi təşkilatları
·
.int -
beynəlxalq təşkilatlar
·
.net -
şəbəkə xidmətləri göstərən təşkilatlar
Məsələn: www.azercell.com ; www.wikipedia.org. Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.
Birinci
səviyyəli coğrafi domenlərə nümunələr:
·
.az - Azərbaycan
Məsələn:
www.google.az; yandex.ru
İnformasiyanın
texniki vasitələrin köməyi ilə nəqli, saxlanması və işlənməsi zamanı, o, ikilik
kod da, yəni sıfırlar və birlərin ardıcıllığı kimi təsvir edilir.
İnformasiyanın ən kiçik ölçü vahidi bitdir. 1 bit - bir ikilik
movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta bərabərdir.
1
bit = 1 dərəcə (0 və ya 1);
1
bayt = 8 bit;
1
Kbayt = 1024 bayt;
1
Mbayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt
1
Gbayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt
1
Tbayt = 1024 Gbayt. 1000 000 000 000 bayt = 1012 bayt
İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür.
Hər
ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq informasiya nəql
edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba
bərabərdir. Brauzer və
ya Veb səyyah -
Sizin kompüterdə işləyən və İnternet-səhifələrin axtarışına və baxılmasına
imkan yaradan bir proqramdır. İnternetdən sizə və sizdən İnternetə informasiya
göndərərkən, brauzer müştəri-server sxemindən istifadə
edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda yerləşən kompüter isə
server kimi çıxış edir.
Siz
istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı (brauzer) server adlanan şəbəkə qovşağına
qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki proqram, öz
növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir. Belə iş
rejiminə On-line iş rejimi deyilir (On-line).
Çoxfunksiyalı
bir proqram kimi brauzer avtonom
rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG
formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Off-line iş rejimi
adlanır.
Müxtəlif
şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər mövcuddur. Lakin bütün dünyada
istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin Internet Explorer və yaxud Mozilla
şirkətinin Firefox proqramların seçir.
Ümumdünya
Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını göstərən əlaqələr sistemi
təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından asılılığı aradan
qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL yaradılmışdır. URL(
universal ünvangöstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da
göstərir.
İstinada,
yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə yetirilməsi 4 mərhələyə
bölünür:
1.
Connection
(Qoşulma)
2.
Request
(Sorğu)
3.
Response
(Cavab)
4.
Close
(Əlaqənin kəsilməsi)
Birinci
mərhələdə Web-müştəri serverlə əlaqə yaradmağa çalışır. Qoşulduqdan sonra,
müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt barəsində sorğu
göndərir. Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə ötürür. Bundan
sonra əlaqə kəsilir və brauzer alınmış
sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi
protokolunun əsasını təşkil edir.
Klaviaturada
Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən Web-səhifə axtarılan zaman
pəncərənin aşağısında yerləşən məlumat sətrində yüklənən səhifənin IP-ünvanı,
sənədin adı və sair göstərilir. İstəsəniz, F11 düyməsini basmaqla səhifəni
bütün ekran boyu aça bilərsiniz.
URL -ünvanlarala
yanaşı əlaqə və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən
rəngli mətn, işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.
Səhifənin
sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya mətnin hiperistinad olub
olmadığını yoxlamaq üçün mausun göstəricisini onun üzərinə gətirin.
hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü dəyişərək, məsələn, əl
şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın URL-ünvanı göstərilir.
İstinaddan
istifadə etmək üçün onun üzərində mausun düyməsini bir dəfə basmaq kifayətdir.
Bu zaman istinadın işarə etdiyi Web-səhifənin axtarışı başlanır.
Web-səhifə
demək olar ki bütün hallarda bir neçə əlaqəli HTML-sənəddən ibarət olur.
Hiperəlaqələrlə və eləcədə vahid mövzu, müəllif və sairlə biri birinə bağlı
olan bir qrup Web-səhifəyə Sayt (Site) deyilir.
İnformasiya
resurslarına İnternetin istifadəçilərinin girişinin azadlığı dövlət
sərhədləriylə və ya milli domenlərlə məhdudlaşdırılmır, amma dil sərhədləri
mövcuddur. İngilis dili internetdə
əsas üstünlüyə malik olan dildir. İkinci ən populyar dil çin dili, üçüncü isə ispan dilidir. [2] Dil internetin dövlətlər,
regionlar və birinci səviyyəli domenlərə görə bölünmə yanaşı tez-tez istifadə
edilən bölünmə əlamətlərindən biridir.
Xidmətləri
·
"Kommunikasiyalar
üzrə dialoq, müzakirələr və konsensusun əldə olunmasını təşviq etdiyinə" görə
İnternetin namizədliyi Nobel Sülh Mükafatı nominasiyası üzrə irəli sürülüb.
"Nobel" sülh mükafatının alınması üçün Qlobal Şəbəkənin namizədliyini
tanınmış "Wired" jurnalının İtaliyadakı nəşriyyatı irəli sürüb.
Jurnal hesab edir ki, dünyada inqilab yaradan internet demokratiyanın yayılması
istiqamətində mühüm rol oynaya bilib. Şəbəkənin namizədliyini 2003-cü ilin
"Nobel" mükafatı laureatı Şirin Ebadi və onkologiya sahəsində
tədqiqatları ilə tanınan italiyalı cərrah Umberto Veronezi dəstəkləyiblər.
"Wired" Qlobal Şəbəkənin 2010-cu ilin sentyabr ayında keçiriləcək
"Nobel" sülh mükafatına laureat kimi dəstəklənməsi üçün kampaniyaya
da başlayıb[3].
·
Finlandiya hər bir insanın internetə
çıxış hüququnu qanuniləşdirən ilk ölkədir. Belə ki, Finlandiyada istənilən insan üçün bu,
qanunda nəzərdə tutulmuş hüquq sayılır. Qanun 2010-cu
il iyulun 1-dən etibarən internet-provayderlərin üzərinə bütün vətəndaşlara
genişzolaqlı internetə çıxışı təmin etmək öhdəliyi qoyub
MGM Grand Las Vegas - Dr.CD
YanıtlaSilThis casino is located on the 안양 출장안마 top 당진 출장마사지 of 양주 출장샵 the Las Vegas Strip, directly opposite to the beach and in the 군포 출장샵 centre of the Las Vegas Strip. The hotel 청주 출장마사지 is open 24 hours