Yerləşdirmək
(Insert) menyusunun əlavə imkanları
Yəqin ki,
Web-səhifələrin əsas fərqləndirici cəhəti onlarda hiperəlaqələrin olmasıdır .
Hiperəlaqə Web-səhifəyə keçidi təmin edir. Microsoft Word təkcə göstərilən Web
-səhifəyə deyil, həm də lazımi sənədə və ya elektron poçtuna "e-mail"
keçidi təmin edir.Yerləşdirmək "Insert" menyusundan
Hiperəlaqə "Hyperlink" əmrinin üzərində düyməni basın. Eyni adlı
dialoq pəncərəsi yaranacaq. Yaranmış pəncərənin Web-səhifənin və ya faylın adı
sahəsində www.firststeps.az ünvanını daxil edin və OK düyməsini
basın. Diqqət edin, sizin sənədinizdə Hiperəlaqə yarandı. Siz hər dəfə
göstərilən ünvanın üzərində mausu basmaqla Bakı Elmi-Tədris Mərkəzinin
Web-səhifəsini gözdənkeçirəbilərsiz.
C:\Users\LENOVA\Documents\elsen.accdbBir çox hallarda siz sənədi müzakirəyə təqdim
etməzdən əvvəl daxil etdiyiniz düzəlişləri şərh etmək lazım gəlir. Şərhin daxil
edilməsi üçün Yerləşdirmək "Insert" menyusunda olan Şərh "Comment"
əmrindən istifadə edilir.
Kursoru şərh ediləcək sözün yanında yerləşdirin və Yerləşdirmək "Insert" menyusunda olan Şərh "Comment" əmrini seçin. Kursorla qeyd edilmiş yerdə şərhin nişanı yaranacaq. Sonra Word Şərh "Comment" lövhəsini açacaq. Şərhinizi daxil edin. Lövhəni bağlamaq üçün Bağlamaq "Close" düyməsini basın. Diqqət edin, siz hər dəfə mausun göstəricisini şərh daxil edilmiş sözə yaxınlaşdırdıqda şərh görsənir.

Hiç yorum yok:
Yorum Gönder