İP telefoniya
Vikipediya, açıq ensiklopediya
IP-telefoniya üçün cahazlar
IP Phone
1140E
Sisko
(Cisco)IP-telefoniyası
IP-telefoniya (tələffüz:
ay-pi telefoniya) – danışıq siqnallarının ötürülməsi üçün İnternetdən istifadə
edilən texnologiyadır. Diskret paket ötürülməsi üsulu ilə səs (danışıq)
məlumatlarının ötürülməsi mümkündür. Danışığın (səsin) internet protokolları
(paketləri) vasitəsi ilə ötürülməsi "İP-telefon" və ya İP telefoniya
adını almışdır.
İnternet şəbəkəsində
xüsusi İnternet protokolları (İnternet Protokol – İP) əsasında
hazırlanmış yeni texnologiyalar tətbiq edilir. İP-protokolu təkcə İnternet şəbəkəsində deyil, digər şəbəkələrdə
də (lokal, korporativ, regional və s.) istifadə olunur. Bu şəbəkələrdə
informasiyalar müxtəlif şəkildə (qrafik, mətn, musiqi, rəqəm və s.) ötürülür.
Beləliklə: Danışıq zamanı səs siqnalları (ifadə etdiyimiz sözlər) sıxılmış
verilənlər paketinə çevrilir və bu verilənlər paketi İnternet vasitəsilə
adresanta göndərilir. Ünvanına çatan verilənlər paketi yenidən orijinal səs
siqnalına dekodlaşır. İP-telefoniya üc cür işləyir:
1.
Kompüterdən kompüterə.
2.
Kompüterdən telefona.
3.
Telefondan telefona.
İnternet-telefoniyada ötürücü xətt kimi İnternet kanallarından, IP-Telefoniya-da İnternet kanallarından və ya informasiyanın
ötürülməsi üçün xüsusi ayrılmış rəqəmsal kanallardan istifadə edilir.
Xarici ölkələrdə İP telefonun digər abreviaturalarından: VoIP-Voice over Internet
Protocol, VoBB-voice
over broadband, broadband
phonevə Internet telephony terminlərindən də istifadə edilir.
Son 2-3 il ərzində respublikamızın telekommunikasiya şəbəkəsində
də İP telefon rabitəsindən istifadə edilir. Bütün bu amillər ondan xəbər verir
ki, İP texnologiyası olduqca perspektivli bir informasiya verilişi sahəsidir.
Əgər İP telefon rabitəsinin tarixinə nəzər salsaq görərik ki, onu tətbiq etmək
üçün ilk cəhd1983-cü
ildə ABŞ-ın Massaçusets ştatının Kembric Universiteti tərəfindən
göstərilmişdir. Həmin layihədə kompüterlərin tərkibinə analoq səs siqnalına
çevirərək paket şəklinə salan xüsusi avadanlıqlar daxil edilməsi nəzərdə
tutulmuşdur. Bu layihə çərçivəsində Bolt Berankand Newman şirkətinin ABŞ-ın
qərb və şərq hissələrində yerləşən ofisləri arasında İnternet şəbəkəsindən
istifadə etməklə səs siqnal verilişinin təşkil olunmasına baxmayaraq, rabitə
zamanı paketlərin itkisi və gecikməsi nəticəsində fasilələr yaranaraq səsin
keyfiyyətini həddindən artıq aşağı salmışdır.
Mütərəqqi texnologiya olan İP telefonun kəşfi İsrailin Vokatel
şirkətinə məxsusdur. 1995-ci ildə Vokatel şirkəti siqnalların rəqəm formasına
çevrilməsində mövcud elmi nailiyyətlərin tətbiqi ilə kodek, kompüter və İP
protokolundan istifadə edərək İnternet şəbəkəsi ilə danışıq siqnallarının
verilməsinə nail olmuşdur. 1995-ci ildən başlayaraq
İP telefon üçün səsin sıxılması prosesində iki - GSM və TrueSpeech (DSP Group
İnc. Şirkəti), daha sonra isə SİP (Session İnitiation Protocol) protokolu
təkmilləşdirildi
Qurulur Messencer
Mövcud olmayan səhifəyə keçid etdiniz.
Aşağıdakı boş sahəyə məlumat əlavə etməklə bu səhifəni Siz yarada bilərsiniz.
(əlavə məlumat üçün kömək səhifəsinə baxın).
Əgər bu səhifəyə səhvən keçid etmisinizsə, sadəcə olaraq brauzerin geri düyməsinə vurun.
Aşağıdakı boş sahəyə məlumat əlavə etməklə bu səhifəni Siz yarada bilərsiniz.
(əlavə məlumat üçün kömək səhifəsinə baxın).
Əgər bu səhifəyə səhvən keçid etmisinizsə, sadəcə olaraq brauzerin geri düyməsinə vurun.
Diqqət: Siz özünüzü sistemə təqdim etməmisiniz. Sizin IP ünvanınız bu səhifənin
tarixçəsinə qeyd ediləcək. Əgər siz qeydiyyatdan keçib hesab yaratsanız,
IP ünvanınızı gizlədə və Vikipediyanın digər imkanlarından istifadə edə
bilərsiniz. Sizin IP ünvanınıza göndərilən ismarıcları müzakirə səhifənizdən oxuyun.
Lütfən, sınaq üçün yazdıqlarınızı "Səhifəni qeyd et" düyməsinə basaraq yaddaşda saxlamayın. Əgər sınaq redaktələri etmək istəyirsinizsə, bunun üçün qaralama dəftərindən istifadə edin.
Lütfən, sınaq üçün yazdıqlarınızı "Səhifəni qeyd et" düyməsinə basaraq yaddaşda saxlamayın. Əgər sınaq redaktələri etmək istəyirsinizsə, bunun üçün qaralama dəftərindən istifadə edin.
Hiç yorum yok:
Yorum Gönder