Axtarış
sistemləri
Axtarış sistemləri
Mündəricat
[gizlə]
·
Axtarış sistemləri nədir?[redaktə]
İnternetin nəhəng
məlumat bazası hər saniyə yeni xəbərlərlə zənginləşir. İnternet genişləndikcə
bu şəbəkə vasitəsilə dünyanın istənilən nöqtəsində yaşayan insanlarla virtual
ünsiyyət qurmaq, məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda
iştirak etmək, kitab, jurnal və qəzetlərin elektron versiyalarını oxumaq,
alış-veriş etmək, radio dinləmək, televiziya verilişlərinə tamaşa etmək,
gündəlik hadisələr haqqında operativ məlumatlar almaq mümkündür. Bu xidmətləri
əldə etmək üçün insanlar ilk növbədə İnternetdəki axtarış sistemlərindən
istifadə edirlər.
Axtariş sistemlərinin müraciətlərin sayına görə fərqi
İnternet şəbəkəsində
informasiyanın sürətli artması şəbəkədə lazım olan informasiyanın axtarışını
çətinləşdirir. Ekspertlərin dediyinə görə İnternerlə ötürülən informasiyanın
həcmi hər yarım ildə iki dəfə artır. Hər gün milyonlarla yeni sənədlər yaranır
və axtarış sistemləri olmasa onların İnternetdə axtarışı mümkün olmazdı. Qlobal
şəbəkədə milyardlarla informasiya resursları içində asanlıqla lazım olanı seçə
bilən axtarış sistemlərinə tələbat artmaqdadır. İnternetdə müasir axtarış
sistemləri fəaliyyət göstərir. Hələ bir-neçə il öncə belə bir fikir var idi ki,
"İnternetdə hər şey var, lakin lazım olanı tapmaq mümkün deyil".
Lakin informasiya kataloqlarının, axtarış sistemlərinin və axtarış
proqramlarının yaranması ilə vəziyyət dəyişmişdir. İndi çox zaman lazım olan
informasiyanı İnternetdən tapmaq daha tez olur, nəinki masa üzərindəki
kitabdan.
İnternetdə informasiya
axtarışı – İnternet mühitində yığılmış sənədlər çoxluğu içində istifadəçinin
əldə etməyə çalışdığı və bunun üçün daxil etdiyi xüsusi informasiya sorğusuna
uyğun gələn faktlar və məlumatların axtarışı prosesdir. Problem ondadır ki,
İnternet mühitindəki veb-saytlar və səhifələr xaotik yerləşir və yüz
milyonlarla veb-saytın hamısını nəzərdən keçirmək qeyri-mümkündür.
Axtarış sistemi (Web
search engine) və ya informasiya-axtarış sistemi (Information retrieval system)
– İnternet şəbəkəsində soruşulan informasiyanın axtarışı, toplanması və
sistemləşdirilməsi əməliyyatlarını yerinə yetirən portaldır.
Axtarış sistemlərinin qısa tarixi[redaktə]
İnternet
şəbəkəsində informasiya resurslarına ilk müraciətlərin təşkili üsullarına
saytların kataloqlarının yaradılması olmuşdur. Bu kataloqlarda informasiya
resurslarının ünvanları mövzu üzrə qruplaşdırılırdı. İlk belə kataloq Yahoo
(1994) layihəsi idi. Yahoo kataloqunda saytların sayının artması ilə əlaqədar
olaraq layihə daxilində axtarış sistemi yaradıldı. Bu sistemi bütün tələbatlara
cavab verən axtarış sistemi adlandırmaq olmazdı, belə ki, bu sistem İnternet
mühitində deyil, yalnız kataloq daxilindəki informasiya resursları içində
axtarış apara bilirdi. Kataloqlar çox nəhəng olsalar da onlar İnternetdəki
resursların çox kiçik bir hissəsini əhatə edə bilirlər. Hal-hazırda ən böyük
İnternet-kataloq DMOZ (directory.mozilla.org və ya Open Directory Project)
hesab edilir. 1998-ci ildə yaradılmış kataloqda resursların sayı cəmi 5
milyondur. Müqayisə üçün bildirək ki, Google axtarış sistemində 8 milyarddan
artıq sənəd saxlanılır.
İlk axtarış
sistemi 1994-cü ildə yaradılmış WebCrawler olmuşdur.
1995-ci ildə
Lycos və AltaVista axtarış sistemləri yaradıldı. AltaVista uzun müddət liderliyini
saxladı. 1997-ci ildə Sergey Brin və Lari Peyc tərəfindən müasir dövrdə ən
populyar axtarış sistemlərindən sayılan Google yaradıldı.
1997-ci ildə
ilk rusdilli axtarış sistemi Yandex fəaliyyətə başladı. Müasir dövrdə İnternet
mühitində 3 ən populyar, beynəlxalq axtarış sistemi fəaliyyət göstərir: Google,
Yahoo və MSN Search (Bing). Hər üç axtarış sistemi öz verilənlər bazasına və
axtarış alqoritminə malikdir.
Axtarış sistemlərinin əsas xüsusiyyətləri[redaktə]
İstənilən
axtarış sistemi üzərinə düşən əsas vəzifə istifadəçiyə lazım olan informasiyanı
tez bir zamanda və dəqiqliklə çatdırmaqdır. Axratış
sistemlərinə olan əsas tələbat:
1. Dolğunluğu
2. Dəqiqliyi
3. Aktuallığı
4. Axtarış
sürəti
5. Aydınlığı
Axtarış sistemləri
informasiyanın İnternetdə axtarışını müxtəlif üsullarla həyata keçirirlər:
·
1-ci üsul. Kitabdakı
məlumatı tapmaq üçün istifadə olunan mündəricat üsuludur. Ənənəvi və sadə hesab
edilən bu üsulda kataloqlardan istifadə edilir. Bu kataloqlarda veb-səhifələrə
istinadlar mövzular üzrə toplanır.
·
2-ci üsul. Vacib
səhifələrə keçidlər mətndə göstərilir. İstifadəçi lazım olan səhifəyə keçmək
üçün uyğun mətn yazılmış hiperistinaddan istifadə edir.
·
3-cü üsul. Axtarış
predmet göstəricisi və ya indeksə görə aparılır. İndeks üsulunda açar sözlər və
bu sözlərin yerləşdiyi səhifələrin ünvanları bazada yığılaraq saxlanılır.
İstifadəçi açar sözü göndərməklə bu sözlər yazılan veb-səhifələri gəztizdirə
bilir.
Bu gün İnternetin
məşhur axtarış sistemləri indeksləşmə üsulunu dəstəkləyən prinsip üzrə
işləyirlər. Bunun üçün axtarış sistemlərində axtarış maşını adlanan xüsusi
proqramlardan istifadə edilir. Axtarış maşını – özündə xüsusi proqram və
verilənlər bazasını birləşdirən alqoritm olub indekslərin təşkili və
saxlanmasını həyata keçirən və bu indeklərin təyin etdikləri veb-səhifələrə
keçidləri təqdim edir. Axtarış maşınlarının əsas komponentləri:
1. İndeksasiya
modulu
2. Verilənlər
bazası
3. Axtarış
serveri
Müasir axtarış
sistemləri özündə bir-neçə altsistemi birləşdirir:
1. Veb-agentlər. Serverlərin axtarışını təmin edir. Həmin serverlərdən lazım olan
sənədləri seçərək emal sisteminə ötürür.
2. Emal sistemi. Sintaksis çeşidləmədən və standart operatorlardan istifadə etməklə alınan
sənədləri indeksasiya edir.
3. Axtarış aparan sistemlər. Xidmət sistemindən sorğunu qəbul edərək emal
edir, sorğuya görə indeks fayllarında axtarış aparır, topladığı keçid
ünvanlarının siyahısını hazırlayır.
4. Xidmət sistemi. Kliyentdən axtarış sorğusunu qəbul edir, uyğun şəkildə dəyişdirir və
indeks faylları ilə işləyən axtarış sisteminə göndərir, əldə olunan nəticəni
kliyentə qaytarır.
Veb-agentlər
və axtarış aparan sistemlər bir-birlərindən asılı olmayaraq işləyirlər.
Veb-agentlər göndərilən sorğulardan asılı olmayaraq daima işləyirlər. Onların
əsas vəzifəsi yeni informasiya serverləri haqqında məlumatları verilənlər
bazasına ötürməkdir.
İstifadəçi
göndərdiyi sorğu nəticəsində həyata keçirilən əməliyyatları vizual olaraq
görmür. O, yalnız gətirilən keçidlərin siyahısını əldə edir. Bu siyahıda olur:
1. Səhifənin
başlığı
2. Səhifənin
URL ünvanı
3. Səhifənin
saxlandığı veb-sayta keçid
4. Açar
sözlər (indeks) tapılmış mətndən kiçik bir nümunə.
Bir çox saytlar axtarış
sistemlərinin onları tanıması üçün SEO texnologiyasından (Search Engines
Optimization, axtarış maşını ilə optimallaşma) istifadə edilir. Bu texnologiya
əsasında axtarış sistemi həmin saytın ünvanını kliyentə təqdim etdiyi siyahının
əvvəlinə əlavə edir.
Axtarış sistemlərinə informasiya hücumları haqqında[redaktə]
Bu gün informasiya
cinayətkarlığında İnternetdən daha aktiv və hərtərəfli istifadə edilməkdədir.
İctimai rəyin yaradılması və ya dəyişdirilməsində, siyasi, iqtisadi və hərbi
qərarların qəbulunda, informasiya resurslarına təsirdə, xüsusi hazırlanmış
informasiyanın (dezinformasiyanın) yayılması planında İnternet geniş imkanlara
malikdir. Dünyanın milyonlarla kompyuterini birləşdirən qlobal İnternet
şəbəkəsi özünün forma və tərkibi baxımından müxtəlif xüsusiyyətli, sərhəd
tanımayan şəbəkə resursları ilə cəmiyyətin sosial təşkilinin ayrılmaz hissəsinə
çevrilmişdir. Bunu nəzərə alan kibercinayətkarlar çox zaman informasiya
hücumlarını axtarış sistemlərinin imkanlarını nəzərə alaraq təşkil edirlər.
Hiç yorum yok:
Yorum Gönder