HTML dilinin
inkişaf tarixi 1989-cu ildə Oksford universitetinin tələbəsi Tim Berners–Li
tərəfindən hipermətnli sənəd sisteminin çıxarılması təklifi ilə başladı.
1990-cı ildə isə o bunu World Wide Web (Ümumdünya hörümçək toru) adlandırdı. Sistemi təşkil edən hissələrdən biri hipermətnli nişan qoymaq
idi. Onun əsası 1990-cı ildə Berners–Linin hipermətnli sənədlərə baxmağa icazə
verən brauzeri yaratması ilə qoyuldu. Nəhayət, 1995-ci ildə dilin birinci
versiyası – HTML 1.0 çıxdı. Yalnız 1995-ci ildə HTML 2.0 versiyasının işlənməsi
başa çatdıqdan sonra, HTML dili standartlaşdı. O vaxta HTML dilinin yeni
versiyasını çox brauzerlər dəstəkləyirdi.
1996-cı ildə
artıq dilin HTML 3.2 (HTML 3.0 versiyasında cədvəllər əmələ gəlmişdi)
versiyasını bütün brauzerlər dəstəkləyirdi. Bunun nəticəsində veb-dizayn yüksək
səviyyəsinə yüksəldi. Veb-dizayn erasına başlanğıc verən yeni imkanlar ortaya
çıxdı.
Dilin axırıncı
versiyası HTML 4.01 1999-cu ildə standartlaşdı. Bundan sonra dilin
təkmilləşməsi dayandırıldı. Çünki, faktiki olaraq bundan başqa heç nə etmək
olmurdu. Müasir internet istifadəçilərini daha da razı salan yeni
texnologiyalar əmələ gəldi. Dinamik səhifələr yaratmağa və məlumat bazasına
sorğu göndərməyə imkan verən müxtəlif proqramlaşdırma dilləri yarandı. Hazırda
HTML dilinin davamçısı XHTML (eXtensible HyperText Markup Language – Hipermətn
nişan qoyma genişlənməsi) sayılır.
ikipediya,
açıq ensiklopediy.
HTML (ing. Hypertext Markup Language)
— brauzerin oxuya biləcəyi hər hansı sənədi
və ya səhifəni yaratmaq üçün xüsusi hipermətndilidir. HTML internetin fundamental baza
texnologiyasıdır və veb-səhifənin növünü, funksiyasını təyin edən diskriptorlar
əsasında yaradılmış dildir.
Bütün vveb-qovşaqlarda
toplanmış və internetə qoşulmuş kompyuterlərin ekranlarında
göstərilən sənədlər HTML proqram kodunda yazılırlar. HTML – səhifələrdə mətn
bloklarının, təsvirlərin yerləşdirilməsinə, cədvəllərin qurulmasına, sənədin və
sənəddəki mətnin rənglərinin seçilməsinə, multimediya elementlərinin
əlavə edilməsinə, hiperistinadların və bütün bu
elementlər arasında əlaqələrin yaradılmasına imkan verir.
Hipermətn koduna malik
olan fayllar (.htm) və (.html) genişləndirməsi
ilə göstərilir.
Mündəricat
v
Hiç yorum yok:
Yorum Gönder