DOMEN AD:
domen – internet şəbəkəsində domen adları fəzasının sahəsidir.
Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur.Domen adı bir domen
daxilində istənilən hərf və rəqəm birləşməsi
ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış
bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını
göstərir.
Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir,
o da öz növbəsində ikinci səviyyəli Wikipedia domeninə, Wikipedia isə birinci səviyyəli
org domeninə aiddir.
Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin
olduğundan DNS sistemi vasitəsi ilə bu ünvanlar domen
adları ilə əvəz olunur.
Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait
yaradan ünvandır.
Milli domenlər – .az, .ru, .us və s.
ccTLD – milli zonalarda domenlərə nəzarət edən – domen
adları və IP ünvanları bölüşdürən və tənzimləyən
Beynəlxalq təşkilatdır.Göründüyü kimi, hər bir ölkə adına uyğun xüsusi domenə malikdir.
Məsələn, AZ – Azərbaycanın Internetdə qəbul edilmiş və BMT-nin Beynəlxalq Standartlar Qurumu tərəfindən təsdiq edilmiş
domenidir. Almaniyada milli domen – DE, Rusiyada – RU, ABŞda – US, Türkiyədə – TR və s. qəbul edilmişdir.
Funksional domenlər – .com, .org, .net,
.info və s.
gTLD - funksional zonalarda domenlərə nəzarət edən –
domen adları və IP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.
Funksional domenlər İnternet resursunun fəaliyyətindən asılı olaraq müəyyən
edilir: kommersiya saytları – COM, rəsmi dövlət saytları – GOV, təşkilat
saytları – ORG, hərbi mövzuda saytlar – MİL, təhsil haqqında saytlar – EDU, və
s. kimi adlandırılırlar. Funsional domenlərin paylanması ilə əvvəllər yalnız InterNic Beynəlxalq təşkilatı məşğül olurdusa,1999-cü ildən domen adlarının qeydiyyatdan keçirilməsi ilə dünyada bir çox
nüfuzlu təşkilatlar məşğul olmağa başladılar: GO DADDY, ENOM, NETWORK SOLUTIONS və s.
Hiç yorum yok:
Yorum Gönder