İnternet
Vikipediya, açıq ensiklopediya
İnternet
İnternet — bir neçə kompüterlər
sisteminin bir birinə bağlı olduğu, dünya səviyyəsində yayımlanan və daimi
olaraq inkişaf edən əlaqə şəbəkəsidir.
Mündəricat
İnternetdə vahid idarəetmə mərkəzi yaxud vahid müdiriyyət
yoxdur. Buna baxmayaraq, şəbəkənin belə təşkili əslində dərindən düşünülmüş
struktur deməkdir. Bu struktur 1969-cu
ildə Amerika Birləşmiş Ştatları Təhlükəsizlik
nazirliyi tərəfindən işlənmiş ARPAnet layihəsi çərçivəsində qurulmuş və on
minlərlə dünya proqramçılarının kollektiv şüuru ilə getdikcə inkişaf etdirilmiş
və mükəmməlləşdirilmişdir. Gələcək şəbəkənin strukturuna ilk addımlardan başlayaraq
informasiyanın nəqlinin etibarlılığı və yuksək səviyyəli qəzaya qarşı müqavimət
əsas rol oynayır. Bu gün İnternet demək olar ki, dünyanın bütün ölkələrini
əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır.
1958-ci ildə SSRİnin kosmosa
ilk süni peyki buraxması ABŞ-ı
müasir texnologiyaların inkişafını sürətlndirməyə sövq etdi. Bu məqsədlə
yaradılmış xüsusi tədqiqat agentliyi olanDARPA yerüstü
məlumat ötürülməsinin sürətləndirilməsi yönündə tədqiqatlara başladı. Bunun
üçün ilk öncə ABŞ-da yerləşən bütün radarların
vahid şəbəkədə birləşdirilməsi işinə başlanıldı. Bunun üçün müxtəlif
məntəqələrdə, Pentaqonda, Hərbi Hava Qüvvələri, Hava Hücümundan Müdafiə bazalarında
və digər məntəqələrdə yerləşən kompüterləri
vahid şəbəkədə birləşdirmək lazım idi. Bu işi görmək üçün ABŞ-ın ən yaxşı
kompüter mütəxəssisləri bir araya gətirildi. Uzun illər davam edən gərgin əmək
və çoxlu tədqiqatlardan sonra 29 oktyabr 1969-cu ildə Kaliforniya Universitetindəki
laboratoriyaların birində alimlər iki kompüteri vahid sistemdə birləşdirə
bildilər. Bu tarix internetin dünyada ilk dəfə meydana gəldiyi tarix hesab
olunur. Artıq 1971-ci ildə 15 müxtəlif obyektlərdə olan kompüterləri vahid
şəbəkədə birləşdirmək mümkün olmuşdu. Bu sistemin adı ilk illərARPANET olmuşdu.
1972-ci ildə ARPANET vasitəsilə elektron məktub göndərilməsinə imkan verən
program yaradıldı. İlk dəfə olaraq @ işarəsi elektron poçt ünvanlarında
işlədilməyə başlandı və 1980-ci ildə bu işarə Beynalxalq standart kimi
təsdiqləndi. 1973-1974-cü illərdə TCP/İP protokolu
meydana çıxdı. TCP/İP protokolları ARPANET-in əsas qurucularından olan Robert Ken və Vindon Serf tərəfindən
təklif olunub. TCP/İP protokolu 2 rabitə protokolundan ibarətdir. Transmission
Control Protocol ötürməyə nəzarət protokolu – verilənlərin ötürülməsinə nəzarət
edən protokol və İnternet Protocol yəni internet protokolu. 1980-ci ildə DNS yaradıldı.
1985-ci ildə ABŞ milli elm fonduna məxsusNSFNET –
Milli elm fondu şəbəkəsi yaradıldı. Həmin ildə ilk dəfə olaraq 56 kb/saniyə
sürətilə informasiya ötürülməsinin üsulu tapıldı. Növbəti ildə isə informasiya
ötürülməsi üçün 1,5 Mb sürət əldə edildi. Lakin ilk illərdə bu sürəti qlobal
olaraq hər yerdə deyil, yalnız laboratoriya daxilində tətbiq etmək olurdu.
Şəbəkə vasitəsilə kompüterlərdə olan çoxlu sayda sənədlərdən
hamı eyni vaxtda istifadə edə bilməsi üçün 1989-1990-cı illərdə www sistemi
yaradıldı. Tim Börner Li hiper
mətnli sənədlər texnologiyasını yaratdı. Qeyd etmək yerinə düşər ki, Ser titulu
qazanan Tim Börner 2004-cü ildə 15 il öncəki kəşfinə görə Beynalxalq Fond
tərəfindən 1.000.000 avro məbləğində pul mükafatı qazanıb. İnternetin
qloballaşması 1988-1989-cu illərə təsadüf edir. Bu illərdə Kanada, Fransa, Almaniya və
1992-ci ildə Böyük Britaniya və LatviyaNSFNET
vasitəsilə internetə qoşuldular. İnternet sözü isə ilk dəfə olaraq 1990-cı ildə
istifadə olunmağa başlayıb. 1994-cü ildə ilk dəfə olaraq internetdən elektron
kommersiya məqsədilə istifadəyə başlanılıb. [1] Azərbaycanda
isə internetdən ilk dəfə olaraq 1995-ci ildə istifadə olunmağa başlanılıb.
İnternet istifadəçilərin "məlumatın saxlanması, paylaşması
və rahat əldə olunması" istəkləri nəticəsində yaranmış bir texnologiyadır.
Bu texnologiyanın köməyi ilə insanlar məlumatları rahat şəkildə əldə edə
bilirlər. İnterneti bir məlumat dənizinə yaxud çox böyük kitabxanaya bənzədə
bilərik.
İnternetin əsas xidmətləri Elektron poçt (
e-mail ), Telekonfranslar və nəhayət WWW -
informasiya-sorğu verilənlər bazaları, hökümət sənədləri, kitabxana kataloqları
və sair kimi çoxsaylı müxtəlif sənədlərdən ibarət olan hipermətn mühiti.
— İki və ya bir neçə kompüter verilənlər mübadiləsi məqsədi ilə
bir birinə qoşulduqdakompüter şəbəkəsi yaranır.
— Bir təşkilatın kompüterlərini birləşdirən şəbəkəyə Lokal şəbəkə və ya LAN (Local
Area Network) deyilir.
— Lokal şəbəkələri və fərdi istifadəçiləri birləşdirən
şəbəkə Qlobal şəbəkə və ya WAN (Wide
Area Network) adlanır.
— Lokal şəbəkəni (LAN) qlobal şəbəkə (WAN) ilə birləşdirən
kompüter və bu kompüterdəki proqram təminatı şlyuz (Gateway)
adlanır.
Qlobal şəbəkələri birləşdirən daha yüksək səviyyəli şəbəkə də
mövcuddur. Bu şəbəkəİnternet adlanır. İnternet bütün dünya üzrə
müxtəlif kompüterlər arasında ünsiyyət üçün imkan yaradan və informasiya
mübadiləsini təmin edən şəbəkələr şəbəkəsidir.
Müxtəlif tipli, müxtəlif əməliyyat sistemli kompüterlərin belə
bir ünsiyəti nəticəsində ortaya üyğunluq problemi çıxır. Bu problemi aradan
qaldırmaq məqsədi ilə informasiya mübadiləsinin təşkili üçün vahid qaydalar,
yəni vahid standart (protokol) işlənmişdir. Bu protokol - TCP/IP (Transmission
Control Protocol / Internet
Protocol) - verilənlərin nəqlinə nəzarət/İnternet
protokoludur.
İnternetə qoşulma ayrılmış kanal vasitəsi ilə və ya zəng etmə
yolu ilə, yəni telefon xətti ilə həyata keçirilir. Ayrı-ayrı kompüterlərin
ayrılmış kanal vasitəsi ilə və ya telefon xətti ilə şəbəkəyə qoşulması üçün
nəzərdə tutulmuş qurğuya Modem (modulyator-
demodulyator) deyilir.
Sizin İnternetə qoşulmanızı, məktublarınızın göndərilməsini,
alınmasını və qorunub saxlanmasını təmin edən təşkilat internet-provayder
adlanır. İnternet-provayder İnternetlə bağlı başqa xidmətlər də göstərir.
İnternetdə sizin kompüterin identifikasiyası, yəni müəyyənləşdirilməsi üçün
provayder tərəfindən ona IP-ünvan təyin
edilir. IP-ünvan, hər birisi səkkiz ikilik rəqəmdən ibarət olan dörd qrupdan
ibarətdir, və çox zaman onluq şəkildə yazılır. Məsələn: 255.255.100.123 .
Burada axırıncı (dördüncü) rəqəmlər qrupu şəbəkədə kompüterin nömrəsini, üçüncü
qrup isə şəbəkənin nömrəsini göstərir.
Rəqəmli nömrələri yadda saxlamaq çətin olduğundan domen
adlarından istifadə olunur. Məsələn, www.elm.az Burada www(world wide
web) elm domen .az isə birinci səviyyəli domendir. İnternetdə altdomenlər (subdomain)
də mövcuddur. Məsələnhttp://www.firststeps.az.
Ünvanın bir şəkildən başqa şəklə çevirilməsi xüsusi Domen Adları xidməti (DNS
- domain name service) tərəfindən yerinə yetirilir.
Göstərilən birinci səviyyəli, təşkilat domenləri mövcuddur:
Məsələn: www.azercell.com ; www.wikipedia.org. Birinci səviyyəli təşkilat domenlərindən başqa, kompüterin yerini müəyyənlaşdirən coğrafi domenlər də var.
Birinci səviyyəli coğrafi domenlərə nümunələr:
Məsələn: www.google.az; yandex.ru
İnformasiyanın texniki vasitələrin köməyi ilə nəqli, saxlanması
və işlənməsi zamanı, o, ikilik kod da, yəni sıfırlar və birlərin ardıcıllığı
kimi təsvir edilir. İnformasiyanın ən kiçik ölçü vahidibitdir. 1 bit -
bir ikilik movqeyin daşıdığı informasiyanın miqdarıdır. 8 bit bir bayta
bərabərdir.
1 bit = 1 dərəcə (0 və ya 1);
1 bayt = 8 bit;
1 Kbayt = 1024 bayt;
1 Mbayt = 1024 Kbayt; 1000 000 bayt = 106 bayt
1 Gbayt = 1024 Mbayt; 1000 000 000 bayt = 109 bayt
1 Tbayt = 1024 Gbayt. 1000 000 000 000 bayt = 1012 bayt
İnformasiyanın nəqli zamanı onun sürəti saniyədə bitlə və ya saniyədə impulsla (bod (boud)) ölçülür.
Hər ay İnternet kanalları ilə orta hesabla 30 Terabitdən artıq
informasiya nəql edilir. Bu, hərəsi 700 səhifədən ibarət olan 30 million kitaba
bərabərdir. Brauzer və
ya Veb
səyyah - Sizin kompüterdə işləyən və
İnternet-səhifələrin axtarışına və baxılmasına imkan yaradan bir proqramdır.
İnternetdən sizə və sizdən İnternetə informasiya göndərərkən, brauzermüştəri-server
sxemindən istifadə edir. Bu sxemdə sizin kompüter - müştəri kimi, uzaqda
yerləşən kompüter isə server kimi çıxış edir.
Siz istifadəçi olduğunuz halda kompüterinizdəki müştəri proqramı
(brauzer) server adlanan şəbəkə
qovşağına qoşulur və ona informasiya almaq üçün sorğu göndərir. Serverdəki
proqram, öz növbəsində, bu informasiyanı sizə göndərir və növbəti sorğunu gözləyir.
Belə iş rejiminə On-line iş rejimi deyilir (On-line).
Çoxfunksiyalı bir proqram kimi brauzer avtonom
rejimdə - İnternetə qoşulmadan - HTML- sənədlərə və GIF, JPG və ya JPEG
formatlı şəkillərə baxmaq üçün istifadə olunur. Bu rejim Off-line iş rejimi
adlanır.
Müxtəlif şirkətlər tərəfindən yaradılmış bir çox brauzerlər
mövcuddur. Lakin bütün dünyada istifadəçilərin əksəriyyəti Microsoft şirkətinin
Internet Explorer və yaxud Mozilla şirkətinin Firefox proqramların seçir.
Ümumdünya Torunun (WWW) əsasını lazımi sənədlərin ünvanlarını
göstərən əlaqələr sistemi təşkil edir. Əlaqənin yaradılması texnologiyalarından
asılılığı aradan qaldırmaq məqsədilə WWW üçün xüsusi ünvan sistemi URL
yaradılmışdır. URL(
universal ünvangöstəricisi ) sənədin adı ilə birgə ona çatma protokolunu da
göstərir.
İstinada, yəni URL-ünvana müraciət etdikdə, sorğunun yerinə
yetirilməsi 4 mərhələyə bölünür:
1.
Connection (Qoşulma)
2.
Request (Sorğu)
3.
Response (Cavab)
4.
Close (Əlaqənin kəsilməsi)
Birinci mərhələdə Web-müştəri serverlə əlaqə yaradmağa çalışır.
Qoşulduqdan sonra, müştəri verilmiş protokola əsasən serverə axtarılan obyekt
barəsində sorğu göndərir. Server sorğuya cavab tapan kimi bu cavabı müştəriyə
ötürür. Bundan sonra əlaqə kəsilir və brauzer alınmış
sənədləri əks etdirir. Bu prosses HTTP-nin - hipermətnin köçürülməsi
protokolunun əsasını təşkil edir.
Klaviaturada Enter düyməsini basın. Göstərilmiş ünvana əsasən
Web-səhifə axtarılan zaman pəncərənin aşağısında yerləşən məlumat sətrində
yüklənən səhifənin IP-ünvanı, sənədin adı və sair göstərilir. İstəsəniz, F11
düyməsini basmaqla səhifəni bütün ekran boyu aça bilərsiniz.
URL -ünvanlarala yanaşı əlaqə
və ya hiperəlaqələrdən də istifadə olunur. Bu istinadlar adətən rəngli mətn,
işarə, rəsm şəklində olur, çərçivəyə də alına bilər.
Səhifənin sol tərəfindəki mətnə diqqət yetirin. Şəkil və ya
mətnin hiperistinad olub olmadığını yoxlamaq üçün mausun göstəricisini onun
üzərinə gətirin. hiperistinadın üzərinə gətirildikdə göstərici görünüşünü
dəyişərək, məsələn, əl şəklini ala bilər. Məlumat sətrində bu zaman istinadın
URL-ünvanı göstərilir.
İstinaddan istifadə etmək üçün onun üzərində mausun düyməsini
bir dəfə basmaq kifayətdir. Bu zaman istinadın işarə etdiyi Web-səhifənin
axtarışı başlanır.
Web-səhifə demək olar ki bütün hallarda bir neçə əlaqəli
HTML-sənəddən ibarət olur. Hiperəlaqələrlə və eləcədə vahid mövzu, müəllif və
sairlə biri birinə bağlı olan bir qrup Web-səhifəyə Sayt (Site) deyilir.
İnformasiya resurslarına İnternetin istifadəçilərinin girişinin
azadlığı dövlət sərhədləriylə və ya milli domenlərlə məhdudlaşdırılmır, amma
dil sərhədləri mövcuddur. İngilis
diliinternetdə əsas üstünlüyə malik olan dildir. İkinci ən populyar
dil çin
dili, üçüncü isə ispan
dilidir. [2] Dil
internetin dövlətlər, regionlar və birinci səviyyəli domenlərə görə bölünmə
yanaşı tez-tez istifadə edilən bölünmə əlamətlərindən biridir.
|
·
Fayl
göndərmə şəbəkələri
·
Elektron
ödəmə sistemləri
|
·
Uzaqdan
idarəetmə
|
·
"Kommunikasiyalar üzrə
dialoq, müzakirələr və konsensusun əldə olunmasını təşviq etdiyinə" görə
İnternetin namizədliyi Nobel Sülh Mükafatı nominasiyası üzrə irəli sürülüb.
"Nobel" sülh mükafatının alınması üçün Qlobal Şəbəkənin namizədliyini
tanınmış "Wired" jurnalının İtaliyadakı nəşriyyatı irəli sürüb.
Jurnal hesab edir ki, dünyada inqilab yaradan internet demokratiyanın yayılması
istiqamətində mühüm rol oynaya bilib. Şəbəkənin namizədliyini 2003-cü ilin
"Nobel" mükafatı laureatı Şirin Ebadi və onkologiya sahəsində
tədqiqatları ilə tanınan italiyalı cərrah Umberto Veronezi dəstəkləyiblər.
"Wired" Qlobal Şəbəkənin 2010-cu ilin sentyabr ayında keçiriləcək
"Nobel" sülh mükafatına laureat kimi dəstəklənməsi üçün kampaniyaya
da başlayıb[3].
·
Finlandiya hər
bir insanın internetə çıxış hüququnu qanuniləşdirən ilk ölkədir. Belə ki,Finlandiyada istənilən
insan üçün bu, qanunda nəzərdə tutulmuş hüquq sayılır. Qanun2010-cu
il iyulun 1-dən etibarən internet-provayderlərin üzərinə bütün vətəndaşlara
genişzolaqlı internetə çıxışı təmin etmək öhdəliyi qoyub[4].
Hiç yorum yok:
Yorum Gönder